Mobil versiya
Zaqatalada qadağan olunmuş təriqətin təbliğinə qarşı – POLİS ƏMƏLİYYATI
Tarix: 04-03-2016 | Saat: 16:38
Bölmə:Cəmiyyət / Manşet / Karusel | çapa göndər


Hüseynov qardaşları polisə müqavimət göstəriblər.

Zaqatala rayonu ərazisində qadağan olunmuş dini təriqətlərdən birini təbliğ edən 41 ədəd kitab götürülüb.

Aia.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə martın 3 baş verib.

Belə ki, daxil olmuş məlumat əsasında Zaqatala RPŞ əməkdaşları tərəfindən martın 3-də saat 22 radələrində şəhər sakini İsrafil İsayevin evində qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etməsi, habelə rayon sakinləri İsrafil Şamxalovun, Etibar Babayevin, İlham Hüseynovun, Əfqan Hüseynovun, qardaşı Sahibin, Abubakar Ömərlinin, Məhəmməd Buğluyevin və Vüsal Atayevin dini toplantı təşkil etməsi müəyyən edilib:

“Həyata keçirilmiş tədbirlərlə İ.İsayevin evindən 41 ədəd dini kitab aşkar edilərək götürülüb. Kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təhvil veriləcəkdir”.

Əlavə olaraq qeyd edilib ki, RPŞ-yə gətirilərkən Ə.Hüseynov və qardaşı Sahib polis əməkdaşlarının tələblərinə tabe olmayıblar.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə inzibati protokol tərtib edilib. Digərlərinin isə izahatları alındıqdan sonra buraxılmışlar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024