Mobil versiya
Aygündən danışan Natəvanın qorxudan dili topuq vurdu - VİDEO
Tarix: 03-03-2016 | Saat: 13:22
Bölmə:Dünya / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər

Aygündən danışan Natəvanın qorxudan dili topuq vurdu - VİDEO


Müğənni Natavan Həbibi ötən həftə dünyasını dəyişən xalq artisti İlhamə Quliyevadan danışıb.

"Xəbəraz.az " xəbər verir ki, ATV-nin "Bizimləsən" verilişində qonaq olan müğənni İ.Quliyeva ilə bağlı olan xatirələrini yada salıb. O, "Şərəf" və "Şöhrət" ordenli ifaçını çox sevdiyini və onunla mehriban olduğunu dilə gətirib.

Daha sonra isə Natavan Həbibi ad çəkmədən Aygün Kazımovadan danışmağa başlayıb. Bu vaxt ifaçının dili kəkələməyə başlayıb:

"Mən ad çəkmədən sözlər deyəcəm, hamı məni başa düşəcək, söhbətin kimdən getdiyini anlayacaq. Niyə bu hadisələr 3-4 ay əvvəl olmadı? Niyə 3-4 ay əvvəl onun üstünə getmədilər? Bəlli bir vəziyyət var idi ki, onlara mane olurdu. Onlar ondan qorxurdu. Niyə İlhamə Quliyeva tək qalanda üstünə getdilər? Özü də İlhamə xanımın üstünə indiyə qədər ondan həyatda hamıdan çox qorxan biri getdi”.

Veriliş boyu Natəvan Həbibinin həyəcanlı olması və həyəcandan dırnağını qopartması diqqət çəkib. Aparıcı Zaur Baxşəliyev ifaçının həyəcanlı olduğunu vurğulayıb, hətta kameramandan xahiş edib ki, Natəvanın əsəbdən qopartdığı dırnaqlarını daha yaxından çəksinlər.

Xatırladaq ki, təqribən il yarım əvvəl İlhamə Quliyeva və Natavan Həbibi arasında yaranan qalmaqalda Həbibi Quliyevanın ünvanına efir vasitəsilə hörmətsizlik etmişdi:



“Mən İlhamə xanımla görüşməməliyəm. Niyə görüşməliyəm ki? Mənimlə kobud danışan insanla niyə görüşməliyəm? Mənimlə necədirsə, üstünə beşini də qoyacağam və cavab verəcəyəm. Heç kəs məndən hörmət gözləməsin. Mən hörmətsizlik etməyi gözəl bacarıram”.

Daha sonra isə Natavan Həbibi İlhamə Quliyevanın ona verdiyi “Prinsessa” titulundan imtina edir:

"Mən heç vaxt özümü “Prinsessa” adlandırmamışam. Başım hələ işləyir. Mənə heç kəsin titulu lazım deyil".

Qeyd edək ki, "Bizimləsən" verilişində N. Həbibi bildirib ki, ölümündən bir neçə ay əvvəl mərhum İ. Quliyeva ona zəng edib və xoş sözlər söyləyib. Hətta xalasının öldüyü üçün ona başsağlıq da verib. Və ondan sonra N. Həbibi Xalq artistinin yanına xəstəxanaya gedib, onunla barışıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə