Mobil versiya
Aygün Kazımova: "Yalana bax" - video
Tarix: 01-03-2016 | Saat: 18:49
Bölmə:Dünya / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər



Xalq artisti Aygün Kazımova “Yalana bax” adlı yeni mahnısını dinləyicilərinin ixtiyarına verib.
Aia.az açıqlama verən Aygün Kazımova bu mahnısının da hit olacağına inandığını bildirib:

“Mahnını çox bəyəndim. Bu, mahnını yaradan cütlük ilə mənim silsilə işimdir. “Məhəbbətə hə”, “Düşün məni”, “Sevgi yağışı”, “Dəli rüzgar” adlı hitlərimin müəllifləridir. Sevinc Şirin və Sevinc Tağıyeva ancaq hit hazırlayır. Yeni mahnımız isə “Yalana bax” adlanır. Bu mahnını ilk dinləmədən sevdim. Uğurlu işə görə bütün yaradıcı kollektivi təbrik edirəm. İnanıram ki, dinləyicilərin ürəyində özəl yeri olan mahnı olacaq”.

Xalq artisti “Yalana bax” adlı mahnısı üçün fotoqraf Kamran Aydınovun fotokamerasının qarşısına keçərək maraqlı fotosessiya da etdirib. Aygün Kazımovanın stili üzərində isə Ruxa çalışıb. Layihənin prodüseri isə Kazım Sübhandır.
[media=https://youtu.be/eNsKkFw0yJs]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024