Mobil versiya
6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu ilə bağlı – AÇIQLAMA
Tarix: 01-03-2016 | Saat: 15:45
Bölmə:Təhsil / Aia TV / Karusel | çapa göndər


Müsahibə komissiyaları sentyabrın 10-dək həyata keçirilməlidir.

Təhsil nazirinin əmrinə əsasən, 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu sentyabrın 10-dək həyata keçirilməlidir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən verilən məlumata görə, təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nin təsdiq edilməsi barədə əmrinə əsasən, hər il 16 sentyabr - 31 dekabr müddətində 6 yaşı tamam olacaq uşaqlar müsahibəyə cəlb edilirlər.

Həmin əmrin 8-ci bəndinə əsasən, müsahibə komissiyaları rayon (şəhər) təhsil şöbələrinin (idarələrin) müəyyən etdiyi günlərdə sentyabrın 10-dək həyata keçirilməlidir.

Bundan başqa, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbul müsabiqə əsasında keçirilən müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024