Mobil versiya
Şəmkirdə soyğunçuluq edən dəstə zərərsizləşdirilib.
Tarix: 27-02-2016 | Saat: 09:23
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Şəmkirdə soyğunçuluq edən dəstə zərərsizləşdirilib.
Şəmkirdə soyğunçuluq edən dəstə zərərsizləşdirilib.

Sözügedən şəxslər rayon sakininə məxsus avtomobildən 15000 manat, 15800 ABŞ dolları və 1 ədəd mobil telefonu ələ keçirməyə cəhd göstəriblər. Lakin polisin ayıq-sayıqlığı ilə arzuları necə deyərlər ürəklərində qalıb.

Şəmkir rayon sakinləri 50 yaşlı Natiq Rzayev, 36 yaşlı Müşfiq Əhmədov və 22 yaşlı Sarif Əliyev qabaqcadan əlbir olub dəstə yaradaraq, rayon sakini Yalçın Sadıqovu qarət etmək üçün plan qurublar. Bir neçə gün sahibkar olan Sadıqovu təqib edən dəstə üzvləri işdən evə gedərkən onun “Mercedes” markalı avtomobilinin yük yerinə külli miqdarda pul qoyduğunu görüblər.

Qurulan plan əsasında ötən gün axşam saatlarında Sarif Əliyev pulu avtomobilin yük yerindən götürərək, onu təyin olunan başqa bir yerdə gözləyən yoldaşlarına çatdırmaq üçün ərazidən uzaqlaşmağa cəhd göstərib. Orada xidmət aparan post patrul xidməti əməkdaşlarının sayıqlığı nəticəsində onun bu cəhdi boşa çıxıb./Kəpəz tv



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024