Mobil versiya
İlhamə Quliyevanın vəsiyyəti: "Məni torpağa qoymayın..." (Video)
Tarix: 25-02-2016 | Saat: 15:48
Bölmə:Gündəm / Dünya / Aia TV | çapa göndər

İlhamə Quliyevanın vəsiyyəti: "Məni torpağa qoymayın..." (Video)

“Arzu edirəm ki, vəfat edəndə məni torpağa qoymasınlar. Gözəl bir qoz ağacından tabut düzəltsinlər. İçini qəşəng krujevalarla bəzəsinlər, gözəl qapağı da olsun. Məni yerə qoymasınlar, qurd-quşdan qorxuram”.

Bu barədə bu gün dünyasını dəyişən xalq artistİ İlhamə Quliyeva vəsiyyətində deyib.

Televiziya verilişlərindən birinə müsahibə verən İ.Quliyeva yaxınlarından xahiş edib ki, onu qoz ağacından olan tabutda dəfn etsinlər:

Qeyd edək ki, İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub. O, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

İ.Quliyeva 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solisti olub. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. O, bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024