Mobil versiya
Koronavirusa görə məhdudiyyətlər deputatların maşınlarına da şamil edilməyəcək
Tarix: 09-04-2020 | Saat: 14:23
Bölmə:Ölkə | çapa göndər

Koronavirusa görə məhdudiyyətlər deputatların maşınlarına da şamil edilməyəcək






Azərbaycanda koronavirus epidemiyası ilə əlaqədar məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilməyəcək.

Aia.Az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişiklikdə qeyd olunur ki, karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmir.

Təklif səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə