Mobil versiya
Telman İsmayılov Vladimir Putini devirmək cəhdində ittiham olunur
Tarix: 09-07-2015 | Saat: 17:56
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər

Telman İsmayılov Vladimir Putini devirmək cəhdində ittiham olunur


Azərbaycanlı oliqarx, məşhur biznesmen Telman İsmayılov Rusiya prezidenti Valdimir Putinin hakimiyyətini devirməkdə ittiham olunur

Bu barədə Rusiyanın "Soverşenno sekretno" qəzeti yazıb.

Məqalədə qeyd olunur ki, Rusiya ilə Qərb arasında davam edən qarşıdurmada xüsusi xidmət orqanları “yatan” agent-oliqarxları aktivləşdirə bilərlər. Bunlardan biri də azərbaycanlı, İsrail vətəndaşı Telman İsmayılovdur. Qəzetin yazdığına görə, guya Qərbin xüsusi xidmət orqanları Telman İsmayılovu və digər iş adamlarını Vladimir Putini və onun hakimiyyətini devirmək üçün gizli agent kimi öz tərəflərinə çəkiblər.

Mətbuat orqanının yazdığına görə, Qərbin xüsusi xidmət orqanları “yatmış gizli agent” axtarışına çıxıb oliqarxlar arasında namizədlər seçərkən soyuq düşüncə ilə dəqiq hesablama aparıblar. “Belə ki, hər bir namizəd seçilərkən onun Rusiyanın hakimiyyətindəki əlaqələri və hakimiyyət daxilində gedən proseslərə təsir imkanları öyrənilib. Qərbin xüsusi xidmət orqanları belə oliqarx namizədləri seçərkən onları inandırmağa çox vaxt lazım gəlməyib. Çünki bu iş adamlarının Rusiyanın indiki hakimiyyətinə qarşı mübarizəyə “dişlərini qıcamış” vəziyyətdə olduğu məlum olub.”

Qəzet Rusiyanın əks-kəşfiyyat orqanlarını ittiham edir və onları gizli agent biznesmenlərin üzərinə yönəldir: “Niyə bu biznesmen-təxribatçılar Rusiyanın hesabına qazandıqları gəliri başqa yerə xərcləyir və banklardan götürdükləri böyük həcmli kreditlərini geri qaytarmırlar. Bəs əks-kəşfiyyat hara baxır?”

Qeyd edək ki, İsmayılovla Putinin arasını vuran iş adamının Türkiyədə 1,4 mlrd. dollara tikdirdiyi yeddiulduzlu “Mardan Palace” oteli olub. 2009-cu ildə bu otelin açılışında Rusiya və Hollivud ulduzları iştirak edib. Rusiyanın 2008-ci il defoltundan sonra İsmayılovun bu hərəkəti Kreml rəhbərlərinin xoşuna gəlməyib və bundan sonra İsmayılov onların gözündən düşməyə başlayıb. Ona qarşı təqiblər başlanıb.

Nəticədə İsmayılovla münasibətinə görə Moskva meri Yuri Lujkov vəzifəsini itriməli olub. İsmayılovun Moskavada əsas gəlir mənbəyi olan Çerkizov bazarı məhv edilib. O həmçinin Moskvada tikdirdiyi otellə vidalaşmalı olub və Arbatdakı məşhur “Praqa” restoranı ilə vidalaşmaq üzrədir.

Qeyd edək ki, İsmayılovla yanaşı çeçen Musa Bajayev və özbək əsilli iş adamı Patox Şodiyevin də adı Putin hakimiyyətini devirməkdə hallanır.(musavat.com)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024