Mobil versiya
Karantin rejimini pozan 3 nəfər həbs edilib - FOTO
Tarix: 03-04-2020 | Saat: 13:55
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Karantin rejimini pozan 3 nəfər həbs edilib - FOTO





Karantin rejim qaydalarının təmin olunması məqsədilə Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Aia.Az-a verilən məlumata görə, Yevlax rayon sakini Habil İbrahimov Mingəçevir şəhərinin girişində yaradılan postda polisin "saxla" əmrinə məhəl qoymayaraq şəhərə daxil olub. Həmin şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Toplanmış material baxılması üçün Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə H.İbrahimov inzibati qaydada həbs edilib. ŞPŞ-nin əməkdaşları xidmət zamanı şəhər sakinləri Asim Cəfərov və Fəqani Ağayevin heç bir zərurət olmadan, sərxoş halda çöldə gəzdiklərini müşahidə ediblər.

Həmin şəxslərin barəsində də protokol tərtib olunub və baxılması üçün Şəhər Məhkəməsinə göndərilib. Onlar da məhkəmənin qərarı ilə həbs ediliblər. Həmçinin, son iki gün ərzində Mingəçevirdə karantin rejim qaydalarını pozan vətəndaşlar barəsində 40-dan artıq inzibati protokol tərtib edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024