Mobil versiya
Nizami rayonunda koronavirus xəstəliyinin qarşısının alınması məqsədilə küçələr və prospektlər yuyulur
Tarix: 24-03-2020 | Saat: 22:45
Bölmə:Manşet | çapa göndər

Nizami rayonunda koronavirus xəstəliyinin qarşısının alınması məqsədilə küçələr və prospektlər yuyulur




Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayon ərazisindəki Qara Qarayev prospekti, o cümlədən digər küçə və prospektlər, məhəllədaxili yollar gündəlik olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında isə saat 21:00-dan 23:00-dək kommunal texnikalar vasitəsilə xüsusi məhlulla yuyulur.

Bundan əlavə, hər gün istirahət parklarında, yaşayış binalarının həyətlərində, bloklarda və pilləkən qəfəsələrində, liftlərdə, məişət tullantıları üçün konteyner meydançalarında aidiyyəti xidmət sahələri tərəfindən dezinfeksiyaedici tədbirlər aparılır.





















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024