Mobil versiya
Son sutka ərzində dünyada koronavirusa 63 min insan yoluxub
Tarix: 30-03-2020 | Saat: 20:03
Bölmə:Gündəm | çapa göndər

Son sutka ərzində dünyada koronavirusa 63 min insan yoluxub





Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, son 24 saatda dünyada 63 min nəfər koronavirus infeksiyasına yoluxub.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, bu günə qədər dünyada koronavirusa yoluxanların sayı 638 min 146 nəfərdir. Dünya üzrə 30 min 105 şəxs bu xəstəlikdən dünyasını dəyişib.

ABŞ dünya üzrə COVID-19 virusundan əziyyət çəkən ölkələr sırasında birinci yeri tutub. Bu ölkədə 124 min yoluxma və 2 min ölüm halları qeydə alınıb.

ABŞ bu rəqəmlə Çində virusun törətdiyi dəhşəti üstələyib.

Məlumata görə, İtaliyada 92 min 472 yoluxma, 10 min 800 ölüm, İspaniyada isə 78 min 797 yoluxma və 6 min 528 ölüm halı qeydə alınıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə