Mobil versiya
1 milyonluq ianə edən iş adamının xanımı azərbaycanlıdır
Tarix: 30-03-2020 | Saat: 19:32
Bölmə:Karusel | çapa göndər

1 milyonluq ianə edən iş adamının xanımı azərbaycanlıdır





Prezident İlham Əliyevin fərmanıyla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə kimi 100 milyon manata yaxın ianə edilib.

Aia.az xəbər verir ki, ianə edənlər arasında həm fiziki, həm də hüquqi şəxslər var. Hər kəs bacardığı qədər fonda yardım etməyə çalışıb.

İanə edənlər arasında hətta xarici vətəndaşlar da var. Onlardan biri məşhur britaniyalı biznesmen Marandi Cavad Alimuraddır. Cavad Marandi fonda 1 milyon 100 min manat dəyərində ianə köçürüb.

Bəs biznesmenin Azərbaycan fonduna bu dəstəyinin səbəbi nədir?

Belə ki, İran əsilli biznesmen azərbaycanlı onkoloq Əli Əlizadənin qızı Nərminə Marandi (Əlizadə) ilə evlidir. Cütlüyün bu evlilikdən 3 övladı var.

Nərminə Əlizadə “BFC Fashion Trust”ın himayəçisi və idarə heyətinin üzvü, “Serpentine” qalereyalarının Mədəniyyət və Sosial Komitəsinin həmsədridir.

Onun sahib olduğu müəssisələrin bank dəyərində ümumi məbləği 12 milyon, aktivlərin dəyəri isə 24,1 milyon funt sterlinqdir.

Marandi Cavad Alimurad biznes və xeyriyyə sahəsindəki xidmətlərinə görə, 2020-ci il Yeni il Fəxri mükafatlarında Böyük Britaniyanın xüsusi orderinə layiq görülüb.

O, mətbuatda ən varlı azərbaycanlılardan biri kimi təqdim olunur. İş adamı biznesindən əlavə Londonda təxminən 22.5 milyon funt sterlinq dəyərində bir evə, iki xüsusi təyyarə və üzüm şərabı zavoduna sahibdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə