Mobil versiya
Salyanda əhali arasında təbliğat işləri aparılır - FOTO
Tarix: 30-03-2020 | Saat: 17:11
Bölmə:Gündəm | çapa göndər

Salyanda əhali arasında təbliğat işləri aparılır



Salyan rayonunda koronavirusla bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə yaradılan mobil qruplar vasitəsilə əhali arasında
təbliğat işləri davam etdirilir.

Aia.az xəbər verir ki, martın 30-da Salyan Rayon İcra Hakimiyyətinin başçısı və rayon icra hakimiyyəti aparatının məsul əməkdaşlarının daxil olduğu mobil qrupların üzvləri rayonun mərkəzi küçələrində sakinlərə fərdi izahetmə-xəbərdarlıq işləri apararaq onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum kontaktda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər.


Məlumat üçün bildirək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəliklərinin habelə digər qurumların nümayəndələrindən ibarət mobil qruplar yaradılıb.

















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024