Mobil versiya
Naqif Həmzəyev: Mart və aprel aylarında kreditlərə cərimə yazılmasın
Tarix: 17-03-2020 | Saat: 15:06
Bölmə:Gündəm | çapa göndər

Naqif Həmzəyev:



Vətəndaşların böyük əksəriyyəti toy məclislərini həyata keçirmək üçün kredit götürüblər. Buna görə də, onlar banklara borcludurlar. Belə görünür ki, mart və aprel ayında toy mərasimlərini keçirilməyəcək və onlar kreditləri ödəməkdə çətinlik çəkəcəklər. Mümkünsə, banklara müraciət edək, ən azından bu 2 ay ərzində vətəndaşlara gecikmələrə görə cərimələr tətbiq edilməsin.

Trend-in məlumatına görə, bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişikliklər məsələsinin müzakirəsi zamanı deputat Naqif Həmzəyev irəli sürüb.

Naqif Həmzəyev bildirib ki, bu addımla banklara borcu olan vətəndaşlarımızı sevindirmiş olarıq.Onlar bu problemi özlərinə dərd etməzlər.

Millət vəkili koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədi evdə oturan vətəndaşları nəzərə alaraq, internet provayderlərinin gücləndirilmiş iş rejimində işləməsi təklifi ilə də çıxış edib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024