Mobil versiya
Adil Əliyev: Məqsədimiz insanları cərimələmək deyil, onları təmasdan yayındırmaqdır
Tarix: 17-03-2020 | Saat: 12:58
Bölmə:Gündəm | çapa göndər

Adil Əliyev:


Bizim toxunulmazlıq hüququmuz var, ancaq koronavirusdan toxunulmazlıq səlahiyyətimiz yoxdur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse spikeri Adil Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

A.Əliyev bildirib ki, insanlar təmsadan yayınmalıdır: “İnsanlara çatdırmalıyıq ki, təmaslardan yayınsınlar. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etməkdə bizim məqsədimiz insanları cərimələmək deyil, insanları təmasdan yayındırmaqdır.

Hesab edirəm ki, hər kəs Nazirlər Kabineti yanında operativ qərərgahın qaydalarına ciddi şəkildə əməl etməlidir. Xüsusilə də kişilərin görüşən zaman opüşməsinin qarşısını almaq üçün təbliğat aparmalıyıq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024