Mobil versiya
Sabirabadda valideyn və müəllimlər etiraz edirlər
Tarix: 22-02-2016 | Saat: 11:54
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Sabirabadda valideyn və müəllimlər etiraz edirlər

Onlar 5 saylı orta məktəbin direktoru Bilal Əhmədovun işdən çıxarılmasından narazı düşüblər: «Nazirliyin əməkdaşlı əli cibində olan direktorları deyil, rayonun institutu sayılan məktəbin rəhbərini işdən çıxarıb»

Bir qrup Sabirabad sakini müraciət edərək, rayonda fəaliyyət göstərən orta məktəblərdə yoxlama aparmış Təhsil Nazirliyinin əməkdaşlarının hərəkətlərindən şikayətçi düşüblər.

Onların yazdığına görə, yoxlama ötən ilin noyabr-dekabr aylarında baş tutub. Qeyd edilir ki, nazirliyin əməkdaşları rayonun 20-yə yaxın orta məktəbində araşdırma aparıblar. «Həmin məktəblərin direktorlarından hansının əli cibində olubsa, onların üzərindən xətt çəkilib. Məsələn, Nəriman Nərimanov adına 2 saylı şəhər orta məktəbinin (direktor Elşad Şərifov), Sabirabad şəhər 8 saylı orta məktəbinin (direktor Etibar Həsənov) direktorları sudan quru çıxıblar. Bunlar kimi bir neçə geridə qalmış orta məktəblər də nazirliyin yoxlamasından «üzüağ» çıxıblar».

Ünvanlanan məktubda qeyd olunur ki, rayon sakinlərini dəhşətə salan əsas hadisə Nizami Gəncəvi adına 5 saylı orta məktəbin direktorunun başına gətirilənlərdir. «Bu orta məktəb rayonun institutu sayılır. Məktəbin direktoru Bilal Əhmədovu yoxlayan nazirlik işçiləri bərk əsəbləşiblər və ondan ərizəsini tələb ediblər. O da ərizəsini verərək, işdən çıxıb».

Sabirabad sakinləri yazırlar: «Diqqət yetirin! 2015-ci ildə rayonda yeganə «qızıl medal»çı bu məktəbin yetirməsi olub. Flora Əhmədzadə imtahanlardan 695 bal toplayaraq, Azərbaycan Prezidentinin təqaüdçüsü olub. Hazırda isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır. Və ya ötən il məktəbin ingilis dili müəllimi Ellada Mirzəyeva Prezidentin sərəncamı ilə «İlin ən yaxşı müəllimi» adına layiq görülüb və 5 min manat mükafat alıb. Ötən il universitetlərə daxil olan ən çox şagirdlər məhz bu məktəbin yetirmələridir. Elə əvvəlki «qızıl medal»çılar da 5 saylı məktəbdə oxuyanlar olublar».

Rayon sakinləri qeyd edirlər ki, keçən il nazir Mikayıl Cabbarov Sabirabada gələrək, «Son zəng»də iştirak edib. «Bu məktəb həm də şagirdini Kür çayında batmaqdan xilas edən Əhliman müəllimin məktəbidir. Nazir həmin müəllimin hünərindən bir xeyli danışıb, vədlər verib. Üstəlik, mərhum müəllimin ailəsi üçün ev tikdirib».

Onlar qeyd edirlər ki, hazırda rayonda hamı Təhsil Nazirliyinin əməkdaşlarının ədalətsizliyindən danışırlar. Onların sözlərinə görə, artıq Sabirabaddan olan valideynlər, müəllimlər dövlət başçısına məktub göndərməyi qərarlaşdırıblar. «Nazirliyin əməkdaşlarının qeyri-obyektivliyi hamını qəzəbləndirib. Bu qədər özbaşınalıq olmaz. Bəs, haqqdan, ədalətdən danışan nazir hara baxır?»



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024