Mobil versiya
Mübariz Mənsimovun meneceri də tutuldu
Tarix: 16-03-2020 | Saat: 13:08
Bölmə:Manşet / Gündəm | çapa göndər

Mübariz Mənsimovun meneceri də tutuldu


Türkiyədə “FETÖ terror təşkilatı” istintaqı çərçivəsində “Palmali” şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovla birlikdə şirkətin meneceri Nuray Nurcihan Peker də saxlanılıb.

Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

Bildirilir ki, İstanbul Respublika Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıq İstintaq İdarəsinin şübhəlilər barədə şikayətləri əsasında Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsi tərəfindən araşdırmalar aparılıb. Nəticədə, Türkiyə Cinayət Məcəlləsinin “silahlı terror təşkilatına üzvlük” ittihamı ilə istintaq başlanıb.

Mübariz Mənsimovun Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqələrinin mövcudluğu haqda faktlar tapılıb.

Beləliklə, İstanbul Sülh Cəza Məhkəməsinin qərarı ilə “Palmali” şirkətlər qrupunun rəhbəri və meneceri barədə həbs qərarı verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024