Mobil versiya
Türkiyə ordusu 286 terrorçunu məhv edib
Tarix: 13-03-2020 | Saat: 17:13
Bölmə:Dünya | çapa göndər

Türkiyə ordusu 286 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri ölkə daxilində və xaricində terror təşkilatlarına ağır zərbələr endirməyə davam edir.

aia.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, son bir ay ərzində Türkiyə və Suriyanın şimalındakı “Sülh çeşməsi”, Münbicdən isə “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarının keçirildiyi bölgələrdə 286 terrorçu zərərsizləşdirilib.

Məlumatda qeyd olunub ki, “Bahar qalxanı” əməliyyatı başladığı gündən bəri 3 mindən çox Türkiyə vətəndaşı hərbi xidmətə çağırış məntəqələrinə müraciət edərək, könüllü hərbi xidmətə yollanmaq istədiklərini bildiriblər:

“Son bir ay ərzində Sülh çeşməsi əməliyyatının keçirildiyi bölgədə 155, Münbicdən Fərat qalxanı əməliyyatının keçirildiyi bölgəyə daxil olmağa cəhd edən 37, Tel-Rifatdan Zeytun budağı əməliyyatının keçirildiyi bölgəyə daxil olmağa cəhd edən 7 PKK/YPG terrorçusu, terrorizmə qarşı mübarizə çərçivəsində isə ölkə daxilində və sərhəddən kənarda keçirilən əməliyyatlar nəticəsində 87 terrorçu zərərsizləşdirilib.

Həmçinin İdlibdəki müşahidə məntəqələrimiz fəaliyyətini davam etdirir. Bu bölgədən ağır texnikanın geri çəkilməsindən söhbət gedə bilməz.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024