Mobil versiya
Ərdoğan: Aİ öhdəlikləri yerinə yetirməyənədək Ankara qaçqınlar üçün sərhədləri bağlamayacaq
Tarix: 11-03-2020 | Saat: 15:23
Bölmə:Siyasət | çapa göndər

Ərdoğan:


Avropa İttifaqı Ankara qarşısındakı öhdəlikləri yerinə yetirməyənədək Türkiyə qaçqınlar üçün sərhədləri bağlamayacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, martın 26-da Aİ liderlərinin sammitində Ankara öz gözləntilərini yenidən səsləndirəcək:

“Əgər vəd olunanları əldə etməsək qaçqınlar üçün sərhədlərin açılması qərarı qüvvədə qalacaq”.

Türkiyə prezidenti bildirib ki, Aİ 2016-cı ilin martında imzalanmış saziş üzrə öhdəlikləri yerinə yetirmir:

“Biz Avropaya qaçqın axınının qarşısını almaqla öz öhdəliyimizi yerinə yetirdik. Milyonlarla qaçqın bizdə sığınacaq tapıb. Amma Avropa nə qaçqınlar üçün maliyyə dəstəyi baxımından, nə də Türkiyə vətəndaşları üçün vizaların ləğv olunması baxımından öz vədinə əməl etməyib”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024