Mobil versiya
Belçikada Natavanın heykəlinin dağıdılması ilə bağlı cinayət işi açıldı
Tarix: 10-03-2020 | Saat: 18:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Belçikada Natavanın heykəlinin dağıdılması ilə bağlı cinayət işi açıldı


Martın 10-da yerli vaxtla saat 11.00-da Belçikanın Vaterlo şəhərinin Meriyasından Səfirliyə, bu şəhərdə 2016-cı ildə Səfirliyin dəstəyi ilə quraşdırılmış görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı dəhşətli vandalizm aktı törədilməsi barədə məlumat daxil olub.

Bu barədə Trend-ə Azərbaycanın Belçikadakı səfirliyindən bildirilib.

Məlumatda qeyd edilir ki, səfirliyin əməkdaşları dərhal hadisə yerinə gedərək yerli hakimiyyət orqanları ilə təmas qurublar. Vaterlo rəsmiləri tərəfindən bildirilib ki, heykəl şəhərin mühafizə edilən tarixi abidələr siyahısına daxil olduğuna görə, baş verən hadisə ilə əlaqədar Vaterlo polisi tərəfindən vandalizm faktı üzrə cinayət işi açılıb.

Hazırda araşdırmalar aparılır.

Azərbaycan ictimaiyyəti Səfirlik tərəfindən məsələyə dair mütəmadi olaraq məlumatlandırılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024