Mobil versiya
Bakıda itkin düşən həkim qadının yandırılmış meyiti tapıldı
Tarix: 09-07-2015 | Saat: 14:34
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Aia.az xəbər verir ki, Xızı rayonunun ərazisində meyit tapılıb. Xızı Rayon Polis Şöbəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyevanın yanmış cəsədi rayonun Yeni Yaşma qəsəbəsi ərazisində aşkar edilib.

Meyitə ilkin baxış zamanı N. Əliyevanın qətlə yetirildiyi məlum olub.

Polisdən N. Əliyevanın bu il iyun ayının 25-dən 26-na keçən gecə paytaxtın Xətai rayonunda itkin düşməsi barədə ərizə daxil olduğu bildirilib.

Qeyd edək ki, N. Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib, üç övladı var.

Faktla bağlı cinayət işi başlanıb araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024