Mobil versiya
Polad Bülbüloğlu Rusiyanın Baş Prokuroruna müraciət etdi
Tarix: 04-03-2020 | Saat: 15:39
Bölmə:Manşet / Gündəm | çapa göndər

Polad Bülbüloğlu Rusiyanın Baş Prokuroruna müraciət etdi


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın Baş prokuroru İqor Krasnova müraciət edib.

Səfir "Tsarqrad TV" informasiya-analitik telekanalının saytında bu ilin fevralın 26-da nəşr olunan, Vladimir Xomyakovun müəllifi olduğu "Ruslar, getməyin, bizə qullar və fahişələr lazımdır" adlı məqalədə 1990-cı ilin 20 yanvar hadisələrinin açıq təhrif olunması ilə bağlı Rusiyanın baş prokuroru və Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Federal Xidmətinin (Roskomnadzor) rəhbəri Aleksandr Jarova müraciət ünvanlayıb.

Müraciətdə Azərbaycan tərəfinin qəti etirazı ifadə edilib və dövlətimizin bu məsələ ilə bağlı mövqeyi çatdırılıb. “Qanlı Yanvar” hadisələri ilə bağlı məsələnin Azərbaycan xalqı üçün çox həssas olduğu və bu faciəvi hadisələrə Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli qərarı ilə siyasi və hüquqi qiymət verildiyi, 20 Yanvarın "Ümumxalq hüzn günü" elan olunduğu bildirilib.

Müraciətdə yüksək səviyyəli dövlət səfərləri zamanı xarici qonaqların, o cümlədən Rusiya Federasiyasının Prezidenti, xarici işlər naziri, eləcə də digər Rusiya rəsmilərinin "Şəhidlər Xiyabanı" memorial kompleksini ziyarət etdikləri və abidə önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad etdikləri vurğulanıb. Qeyd olunub ki, bu cür məqalələr Azərbaycan və Rusiya xalqları arasında düşmənçilik və nifrət səpmək məqsədi daşıyır.APA

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024