Mobil versiya
Deputat maskalarla bağlı: Koronavirusla bağlı möhtəkirlik, mənfəət gözləmək, əslində xalqa qarşı düşmənçilikdir
Tarix: 04-03-2020 | Saat: 11:45
Bölmə:Gündəm | çapa göndər

Deputat maskalarla bağlı:


Koronavirusla bağlı möhtəkirlik, mənfəət gözləmək, əslində xalqa qarşı düşmənçilikdir.

Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, koronavirus epidemiyası bu gün bütün dünyanı narahat edən ciddi bir problemdir və Azərbaycanda da dövlət tərəfindən ən yüksək səviyyədə koronavirusla mübarizə tədbirləri həyata keçirilir:

"Bu məsələ Prezident İlham Əliyevin nəzarəti altındadır. Bilirsiniz ki, cənab Prezidentin tapşırığı ilə Nazirlər Kabinetinin yanında koronavirusla mübarizə ilə bağlı xüsusi qərargah yaradılıb və bu qərargah da xüsusi vəziyyət rejimində çalışır. Vətəndaşlara demək istərdim ki, heç kim təşvişə düşməsin, amma hər kəs ehtiyat tədbirini görsün.

Mən bir həkim kimi deyirəm ki, təşviş, stres insanın ümumi immun sistemini zəiflədən faktorlardır. Ümumiyyətlə stres keçirmək və təşvişə düşmək lazım deyil, çünki bu gün Azərbaycanda koronavirus yayılmayıb. Koronavirus aşkar olunan şəxslər də ciddi nəzarət altındadır və müalicələr qaydasında gedir”.

Deputat vurğulayıb ki, Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər dərman ehtiyatları var, klinikalar hazırdır:

“Yəqin ki, yaxın zamanlarda istilərin düşməsi ilə bu problem tamamilə aradan qalxacaq”.

M.Quliyev koronavirusla bağlı şayiə yayanları da qınayıb:

“Burada ən ciddi məsələlərdən biri möhtəkir fikirlərin olmasıdır. Koronavirusla bağlı möhtəkirlik, mənfəət gözləmək, əslində xalqa qarşı düşmənçilikdir. Təsəvvür edin, bütün xalq narahat olduğu halda, kimlərsə bundan qazanmağa çalışır. Ancaq düşünmür ki, sabah özü və yaxınları da bu virusun təsirinə məruz qala bilər. Bu məsələdə həm ciddi ictimai qınaq, həm də dövlət nəzarəti olmalıdır. Öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024