Mobil versiya
Bakıda quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
Tarix: 03-03-2020 | Saat: 19:21
Bölmə:Ölkə | çapa göndər

Bakıda quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırıldı



Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri Xəzər rayonunda antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexinin fəaliyyətini məhdudlaşdırıb.

Agentlikdən aia.az-a verilən məlumata görə, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şağan kəndi R.Səfərov küçəsi 6B ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağayev Firudin Mirəhəd oğluna məxsus quş kəsimi sexinə baxış keçirilib.

Baxış zamanı antisanitar şəraitdə fəaliyyət göstərən müəssisədə texniki-normativ tələblərə və baytarlıq-sanitariya qaydalarına riayət edilmədiyi aşkarlanıb.

Məlum olub ki, sexin ərazisinə daxil olan quşlar baytarlıq müayinəsindən keçirilmir, quş ətinin orqanoleptik qiymətləndirilməsi aparılmır. Eyni zamanda sexdə məhsulların emalı və saxlanılması qida təhlükəsizliyi tələblərinə uyğun həyata keçirilmir.

Aşkar olunan faktlar əsasında Agentliyin əməkdaşları tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024