Mobil versiya
Qubernator İlham Əliyevə xatirə albomunu təqdim edib - VİDEO
Tarix: 03-03-2020 | Saat: 19:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qubernator İlham Əliyevə xatirə albomunu təqdim edib -


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azvision.az -ın məlumatına görə, Rostov vilayətinin qubernatoru Vasili Qolubev Prezident İlham Əliyevə videoyazı olan xatirə albomunu təqdim edib.

Qeyd edək ki, videoalbom 1980-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyevin Rostov vilayətinə səfərinə həsr olunub. Səfər zamanı Ulu Öndər Böyük Vətən müharibəsi illərində misilsiz şücaət göstərmiş Azərbaycan əsgərlərinin qəhrəmanlığına həsr edilən və Rostov vilayətinin azad olunmasının rəmzi olan “Sambek yüksəklikləri” xatirə abidəsinin açılışında iştirak edib. O zaman alman faşistləri ilə döyüşlərdə böyük hünərlə vuruşan həmvətənlərimizdən ibarət 130-cu və 416-cı atıcı diviziyalar “Taqanroq” fəxri adına layiq görülmüşdü.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə