Mobil versiya
Türkiyə Naxçıvanla sərhədi açdı
Tarix: 26-02-2020, 17:58 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Türkiyə Naxçıvanla sərhədi açdı



25 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezi­­denti cənab İlham Əliyevlə Türkiyə Respublikasının Prezi­denti cənab Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdə Türkiyə Respublikasından Azərbaycan Respubli­ka­sının Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiy­yətlər müzakirə edilib.

aia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, mövcud vəziyyətlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cənab Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılıb, Türkiyə Respubli­kasının Prezidenti tərəfindən Türkiyə Respublikasının “Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respubli­kasına “Sədərək” dövlət sərhəd buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyə Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verilib və 26 fevral 2020-ci il tarixdə, saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib.


aia.az



579 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

09-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}