Mobil versiya
Aydın Mirzəzadənin “liderliyindən” şikayət etdilər, üç məntəqənin nəticələri etibarsız sayıldı
Tarix: 19-02-2020 | Saat: 17:29
Bölmə:Manşet / Siyasət | çapa göndər

Aydın Mirzəzadənin “liderliyindən” şikayət etdilər, üç məntəqənin nəticələri etibarsız sayıldı


Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 47 saylı Mingəçevir Seçki Dairəsindən namizədlər İbrahim Salamovun və Qurbanəli Yusibovun müraciətləri müzakirəyə çıxarılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib.

Qeyd olunub ki, şikayətçilər müvafiq seçki dairəsi üzrə nəticələrin etibarsız sayılmasını tələb edirlər.

B.Əsgərov isə bildirib ki, həmin dairənin yalnız üç seçki məntəqəsində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkarlanıb.

Qeyd edək ki, həmin dairənin lider namizədi Aydın Mirzəzadədir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024