Mobil versiya
Zakir Fərəcov məhkəməyə verildi - Milyonluq borc qalmaqalı
Tarix: 18-02-2020 | Saat: 16:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zakir Fərəcov məhkəməyə verildi -


Bir qrup sahibkar Sumqayıtın icra başçısı Zakir Fərəcovu məhkəməyə verib.

400 nəfərdən çox fəhlə də iddiaçı qismində onlara qoşulub.

Bu barədə Yenisabah.az-a sahibkarların özü bildirib.

Zakir Fərəcovun məhkəməyə verilməsinin səbəbi isə onunla sahibkarlar arasında yaranmış borc qalmaqalıdır.

Sumqayıtın giriş hissəsini, şəhər bulvarının tikintisini həyata keçirmiş şirkətlərin təmsilçiləri və 400-dən çox fəhlə indiyə qədər pullarını ala bilmədiklərini iddia edirlər.

2016-cı ildə başa çatmış işlərlə əlaqədar 12 milyon manat pul ayrılsa da, Zakir Fərəcov həmin vəsaitin yalnız dördmilyon manatlıq hissəsini ödəyib. Yerdə qalan səkkizmilyon manata yaxın pulu isə ödəməkdən imtina edir.

Bununla bağlıdəfələrlə Prezident Administrasiyasında olmuş iş adamları və fəhlələr xahiş ediblər ki, həmin pulun alınması üçün onlara yardımçı olsunlar.

İndiyə qədər sahibkarlara ödənilməli olan vəsaitdən heç nə verilməyib. Əksinə, Zakir Fərəcov onlara çatacaq pulun 30 faizinin ona verilməsini tələb edib ki, bu da böyük qalmaqala səbəb olub.

İddialara görə, icra başçısı pulunu tələb edən sahibkar və fəhlələri təhdid edib, onları polis və prokurorla qorxudaraq, həbs etdirəcəyini söyləyib.

Hazırda münasibətlər daha da gərginləşib. Sahibkarlar bildirir ki, artıq dözə bilmirlər.

"Zakir Fərəcovun vermək istəmədiyi pulun heç də hamısı bizə çatmır. Biz Bulvarvə şəhərdəki tikinti işlərinə görəmal və materialları başqalarından almışıq. Onlara borclu qalmışıq. Onlar da haqlı olaraq öz pullarını tələb edirlər”, - deyə sahibkarlar vurğulayıb.

Onların sözlərinə görə, Zakir Fərəcov həmin pulu verməmək üçün müxtəlif bəhanələr gətirir:

"Bir ara bizdən həmin pulun 30 faizini tələb edirdi. Üstəlik, tələbi yerinə yetirilməyəcəyi təqdirdə, bizi həbs etdirəcəyi ilə hədələyirdi. Bu, işə yaramayanda, başqa vasitəyə əl atdı. Sumqayıt İcra Hakimiyyəti Tikinti və Memarlıq şöbəsinin müdiri Adil Xudadatovu qabağa verdi və dedi ki, pulumuzu o verəcək. O da gah dedi, pul yığmayıb, gah dedi,, işçiləri hələ ərazidən qayıtmayıb, gah da dedi ki, onluq məsələ yoxdur.

İndi də Fərəcov başlayıb ki, tikintinin smetasını araşdırır, həm də görülən işlərlə bağlı araşdırma aparır. Nəyin araşdırmasını aparacaq? Vaxtında bir dəfə qiymətləndirmə təşkil elədi, məlum oldu ki, həmin işlərin real dəyəri ayrılan puldan dördmilyon manat çoxdur. İndi durub təkrar araşdırma aparmaq eşqinə düşməkvaxt udmaq, borcu qaytarmamaq istəyindən başqa bir şey deyil”.

Zakir Fərəcovun məhkəməyə verilməsinə gəlincə, borc sahibləri ümid edir ki, hüquqi müstəvidə apardıqları mübarizənin nəticəsi olacaq.

"Bütün dəlil və sübutları, habelə zəruri sənədləri toplayaraq, məhkəməyə müraciət etmişik. Sonradan bizimlə birlikdə əziyyət və zəhmət çəkmiş 400 nəfərdən çox fəhlə də iddiaçı kimi bizə qoşulub.

Onlar həm məhkəməyə, həm də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər. Ümid edirik ki, məhkəmə Zakir Fərəcovun qanunsuz əməllərini təsdiqləyib, bizim qanuni haqqımızın geri qaytarılmasında yardım edəcək”.

Sahibkarlar və işçilər təkcə Zakir Fərəcovu deyil, həmçinin, müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseynov Fəzail Ağar oğlunu da məhkəməyə veriblər. Onlar bu işlərdə onun da böyük rolunun olduğunu iddia edirlər.

Sahibkarlar onu da bildiriblər ki, onlar haqqı olan pullarını alana qədər mübarizələrinə davam edəcəklər. Onlar qeyd ediblər ki, məsələ ilə bağlı təkrar Prezident Administrasiyasına müraciət edəcəklər. Eyni zamanda, Prezident İlham Əliyevdən də dəstək istədiklərini bəyan ediblər.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024