Mobil versiya
Nardaranda vəkilin villası yandırılıb
Tarix: 18-02-2016 | Saat: 13:10
Bölmə:Cəmiyyət / Manşet / Karusel | çapa göndər


Tanınmış vəkil İlham Əsədova məxsus 2 mərtəbəli villa yandırılıb. Vəkilin sözlərinə görə, fevralın 16-dan 17-nə keçən gecə Sabunçu rayonu, Nardaran qəsəbəsindəki Bağlar massivində yerləşən 2 mərtəbəli villasında başlanan yanğın yaşayış yerini tamamilə məhv edib.

Aia.az -ın “Yeni Müsavat”a istinadən xəbərinə görə, vəkil deyib ki, villanın qəsdən yandırılmasına dəlalət edən tutarlı sübutlar var: “Bu gün səhər zəng edib dedilər ki, bağ evin yanıb. Təcili Nardarana getdim. Orada mənim bağımda elektrik cərəyanı, qaz yoxdur. Mənim heç kimlə şəxsi düşmənçiliyim yoxdur. Yanğın qəsdən törədilib. Yandıran şəxslər hasardan aşmaq üçün divara dəmir dirək söykəyiblər. Şübhələndiyim şəxslər var. Həyətimdə ayaq izləri də var. Bu izlər icraçıların ayaq izləridir".

İ.Əsədov olayın vəkillik fəaliyyəti ilə əlaqəli olduğunu istisna etməyib. İ.Əsədov deyir ki, vaxtilə ağır cinayətlərin araşdılması ilə məşğul olub. 2005-ci ildən sonra isə vəkillik fəaliyyəti ilə məşğul olmağa başlayıb.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024