Mobil versiya
Anjey Kasprşik ilə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri görüşüb
Tarix: 13-02-2020, 16:23 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Anjey Kasprşik ilə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri görüşüb


Anjey Kasprşik ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin görüşü keçirilib.

İcmadan aia.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kasprşikin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının ofisində Tural Gəncəliyev və icma üzvləri ilə görüşü baş tutub.

Görüş zamanı Anjey Kasprşik icma rəhbəri Tural Gəncəliyevi 9 fevral tarixində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində Xankəndi seçki dairəsindən seçicilərin əksəriyyətinin dəstəyini qazanaraq millət vəkili seçilməsi münasibəti ilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Tural Gəncəliyev ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə təşəkkürünü bildirib və çoxsaylı seçicilərin dəstəyi nəticəsində bundan sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş rəsmisi qismində fəaliyyətini daha fəal şəkildə davam etdirəciyini vurğulayıb.

İcma rəhbəri Tural Gəncəliyev həmişə qeyd olunduğu kimi, icmalararası təmaslara hazır olduğumuzu, məcburi köçkünlərin öz torpaqlarına geri dönmək istəklərini və bu müstəvidə irəli sürülən təşəbbüsləri dəstəkləmək niyyətimizi bəyan edib.

Xatırladaq ki, son zamanlar Dağlıq Qarabağın azərbaycanlı icması ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Azərbaycandakı səfirləri, həmçinin digər rəsmi və ictimai şəxslərlə çoxsaylı görüşlər keçirmiş və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının erməni icması ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində, sülh şəraitində birgə yaşamağa hazır olduğunu bütün görüşlərdə diqqətə çatdırıb.

aia.az



545 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

26-02-2020
25-02-2020
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
{sape_links}{sape_article}