Mobil versiya
Mikayıl Cabbarov: Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizə sürətlənib
Tarix: 11-02-2020 | Saat: 18:05
Bölmə:Gündəm | çapa göndər

Mikayıl Cabbarov:


2019-cu ildə Azərbaycan iqtisadiyyatının şəffaflığının artırılması və kölgə iqtisadiyyatının miqyasının azaldılması üçün ciddi addımlar atılıb.

Trend-in məlumatına əsasən, bunu "Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru" adlı konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir bildirib ki, son dövrlərdə “dövlət-biznes” sxemi üzrə şəffaf işgüzar münasibətlərin qurulması baxımından tədbirlər görülür. Dövlət tərəfindən bu münasibətlərin yeni transformasiyası üçün əsas qoyulub, yumşaq vergi nəzarəti tətbiq olunub. Bununla yanaşı, yeni vergi güzəştləri mexanizmləri biznesin özünün qismən də olsa “kölgə”dən çıxmasına gətirib çıxarır:

“Ümumilikdə, işgüzar ictimaiyyətin yeni münasibətlər formatına müsbət yanaşması bir daha aparılan siyasətin düzgünlüyünü təsdiq edir”.

Nazir əlavə edib ki, vergi sistemi iqtisadi nizamlamada böyük rol oynayır və sahibkarlığın inkişafında vacib vasitə kimi çıxış edir:

“Bu gün çoxlu sayda kiçik və orta müəssisələr məşğulluq və dayanıqlı iqtisadiyyatının möhkəm əsasını təşkil edir və bu, iqtisadiyyatın ən yüksək şəffaflıq səviyyəsinə yüksəlməsinin vacibliyini göstərir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024