Mobil versiya
Alimlərimizin müdafiəsində duraq
Tarix: 11-02-2020 | Saat: 15:27
Bölmə:Manşet / Gündəm / Seçilənlər-1 | çapa göndər

Alimlərimizin müdafiəsində duraq



AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyevə qarşı düzənlənən böhtan kampaniyası əslində Azərbaycan elminə qarşı yönəldilən növbəti təxribatdır

Təəssüflər olsun ki, bəzi həmkarlarımız Ölkə Prezidenti cənab İlham Əliyevin mətbuatdan daxili mübarizə vasitəsi kimi istifadə olunması hallarının yolverilməz olduğu barədə dediyi sözlərdən hələ də heç bir nəticə çıxarmayıblar. Məhz bu səbəbdən də son vaxtlar bəzi mətbu orqanlarının səhifələrində təkcə siyasətçilərə, məmurlara qarşı deyil, eləcə də görkəmli ziyalılarımıza və elm xadimlərimizə qarşı aparılan “ləkələmə” kampaniyalarını müşahidə etməli oluruq. Və təbii ki, əgər biz bütün bunlara sadəcə passiv müşahidəçi mövqeyindən yanaşsaq, bu zaman ən çox uduzan da Azərbaycan elmi olacaq. Digər tərəfdən isə, öz cəzasızlıqlarından ruhlanan bəzi müəlliflər artıq Azərbaycanda ali dövlət mükafatlarının insanlara “cəfəngiyyat”a görə təqdim olunduğuna dair absurd iddiaları da ortaya qoymaqdan çəkinmirlər. Gəlin razılaşaq ki, bu kimi çıxışlar artıq sadəcə konkret şəxslərin də deyil, bütünlükdə dövlətimizin nüfuzuna xələl gətirmək məqsədi güdə bilər.

Dediyimiz kimi, son vaxtlar böhtan və iftira xarakterli hücumlara məruz qoyulan görkəmli elm xadimlərimizdən biri də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın Gəncə bölməsinin sədri, kimya elmləri doktoru, akademik Fuad Əliyevdir. Təbii ki, Fuad Əliyevin həyat və fəaliyyəti ilə Azərbaycan cəmiyyəti kifayət qədər yaxından tanışdır. Bununla belə, yaranmış vəziyyətin fonunda bəzi məlumatları yenidən xatırlatmağı da məqsədəuyğun hesab edirik. Beləliklə, Fuad Əliyev elmi fəaliyyətinə 1974-cü ildə, AMEA-nın Aşqarlar Kimyası İnstitutunda laborant vəzifəsində başlayıb. 1976-cı ildə aspiranturaya daxil olub və 1981-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vuraraq kimya elmləri namizədi elmi dərəcəsini alıb. Elə həmin ildə də Rəyasət Heyətinin qərarı ilə Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub. 1992-ci ildə Fuad Əliyev doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü (akademik) seçilib. 84 elmi əsərin, 16 elmi ixtiranın və 5 monoqrafiyanın müəllifidir.
1983-cü ildən Fuad Əliyev Gəncə Regional Elmi Mərkəzinin sədri vəzifəsində çalışır. Bu gün onun rəhbərlik etdiyi Elmi Mərkəz, eləcə də bu qurumun əhatə etdiyi elmi-tədqiqat institutları, şöbə və laboratoriyalar, Nizami Mərkəzi və digər elmi müəssisələr elmi kadrların hazırlanması sisteminin keyfiyyətcə yaxşılaşdırılması, elmin, təhsilin və iqtisasdiyyatın inteqrasiyasının dərinləşdirilməsi, innovasiya fəaliyyətinin genişləndirilməsi, elmi nəticələrin tətbiqi, Azərbaycançılıq ideologiyasının əsaslarının işlənib hazırlanması və həyata keçirilməsində elmin dəstəyinin təmin edilməsi, xarici əlaqələrin inkişafı məsələləri və bir çox digər istiqamətlərdə son dərəcə məhsuldar fəaliyyət göstərir. Hazırda Gəncə Regional Elmi Mərkəzində 7 nəfər elmlər doktoru və 31 nəfər fəlsəfə doktoru çalışır...

Əlbəttə, istər AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin bir qurum olaraq, istərsə də akademik Fuad Əliyevin şəxsən elmi fəaliyyəti, əldə olunan uğur və nailiyyətlər barədə iri həcmli, maraqlı məqalələr yazmaq olar. Lakin bizim məqsədimiz tam olaraq bu da deyil. Məqsəd budur ki, elmi fəaliyyətinə görə dövlətimiz tərəfindən “Tərəqqi” medalı, “Əməkdar elm xadimi” fəxri adı, III dərəcəli “Vətənə xidmətə görə” ordeni və nəhayət “Şöhrət” ordeni kimi yüksək dövlət mükafatları ilə təltif olunmuş Fuad Əliyevin gördüyü işləri “cəfəngiyyat” adlandırmağa və bu azmış kimi üstəlik hələ bir dövlətimizi də öz vətəndaşlarını cəfəngiyyata görə mükafatlandırmaqda ittiham etməyə kimsə cürət etməsin.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024