Mobil versiya
Ağalar Vəliyev seçicilərlə görüşdü - FOTOLAR
Tarix: 21-01-2020 | Saat: 21:07
Bölmə:Siyasət | çapa göndər

Ağalar Vəliyev seçicilərlə görüşdü


97 saylı Goranboy-Ağdam -Tərtər dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülən Ağalar Vəliyevin təbliğat və təşviqat kampaniyası uğurla davam etdirilir.


aia.az xəbər verir ki, təbliğat kampaniyası ilə əlaqədar olaraq Vəliyev Ağalar İsrəfil oğlu 21 yanvar 2020-ci il trarixdə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi, Yuxarı Ağcakənd qəsəbəsi, Börü kənd, Qaraçinar kənd və Yenikənd kənd seçiciləri ilə görüşüb.


Hər iki görüşdə çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, qərərgah üzvləri - Novruz Sadıqov və Nöfəl Köçərli çıxış edərək görüləcək işlərdən danışıblar.

Aşağı Ağcakənd qəsəbəsində keçirilən görüşdə çıxış edən kənd sakinlər - Hümbət Nəbiyev, Ramiz Alıyev, Qaraçinar kəndində çıxış edən qərargah üzvləri Nofəl Köçərli və İsgəndər Səklikov, kənd sakinləri Müşviq Əmirov və İkram Nağıyev A.Vəliyevə səs verəcəklərini qeyd ediblər.



Görüşdə vurğulanıb ki, Aşağı Ağcakənd qəsəbəsində 346, Yuxarı Ağcakənd qəsəbəsində 37,
Börü kəndində 58, Qaraçinar və Yenikənd kəndində isə 308 nəfər seçici var.



Hər iki görüş 97 saylı Goranboy-Ağdam -Tərtər dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülən Vəliyev Ağalar İsrəfil oğlunun çıxışı ilə yekunlaşıb.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024