Mobil versiya
Müşfiq Cəfərovun sakinlərlə görüşləri davam edir - FOTOLAR
Tarix: 25-01-2020 | Saat: 16:10
Bölmə:Siyasət | çapa göndər

Müşfiq Cəfərovun sakinlərlə görüşləri davam edir


24 yanvar tarixində 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən namizəd Müşfiq Cəfərov təbliğat təşviqat kampaniyası çərçivəsində Gəncə şəhəri Alminiumçular Qəsəbəsinin sakinləri ilə görüşüb.

Təbliğat- təşviqat qrupunun üzvü Sahib Əmiraslanov gənc namizədin Gəncə əhalisinin Milli Məclisdə səsi olacağına və əhalini narahat edən problemləri, o kürsüdən səsləndirəcəyinə inandığını və sakinləri Müşfiq Cəfərov kimi xaricdə təhsil almış, Beynəlxalq təcrübəyə malik Vətənpərvər gəncə səs verməyə dəvət edib.

Təbliğat Qrupunun digər üzvü Hüseyn Budaqov, 2020-ci il fevral ayının 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar keçiriləcək seçkilərdə hər kəsi səs verməyə dəvət edib. Görüşün məqsədi haqqında məlumat verən Hüseyn Budaov, bu gün Azərbaycanda həyata keçirilən hərtərəfli islahatlar Milli Məclisin də dəyişilməsi, yenilənməsi zərurətini yaratdığını bildirib. 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən namizədliyi irəli sürülmüş Müşfiq Cəfərov da layiqli gənc namizədlərdəndir.

Soyuq havaya rəğmən görüşə qoşulan sakinlərə təşəkkür edən Müşfiq Cəfərov əhalini edən narahat problemləri dinləyib və seçildiyi təqdirdi onları Azərbaycan Respublikasının Milli Məclisində layiqincə təmsil edəcəyinə söz verib .


aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024