Mobil versiya
Müşfiq Cəfərov Gəncənin Əbül-Üla Gəncəvi küçəsində seçicilərlə görüşüb - FOTOLAR
Tarix: 05-02-2020 | Saat: 18:48
Bölmə:Siyasət | çapa göndər

Müşfiq Cəfərov Gəncənin Əbül-Üla Gəncəvi küçəsində seçicilərlə görüşüb


39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Müşfiq Cəfərov təbliğat- təşviqat kampaniyası çərçivəsində Gəncə şəhəri Əbül-Üla Gəncəvi küçəsində yaşayan sakinlərlə görüşdü. Görüşdə Müşfiq Cəfərovun təbliğat –təşviqat qrupunun üzvləri, Üzeyir Əliyev və vəkilləri iştirak etdi.

Ənənəyə sadiq olaraq açılış nitqini təbliğat –təşviqat qrupunun üzvü Sahib Əmiraslanov etdi, gənc namizədin təhsil və iş həyatı, bu günədək qazandığı uğurlardan bəhs etdi. Gəncəli olması və burada yaşaması onun Gəncəni və əhalinin əsas problemlərini bələd olmasını qeyd etdi. 9 fevral tarixində Azərbaycan Respublikası Milli Məclis seçkilərində fəal olmağa və namizəd Müşfiq Cəfərovu dəstəkləməyə səsələdi.

Üzeyir Əliyevdə öz çıxışda Müşfiq Cəfərovun Gəncəni Milli Məclisdə layiqincə təmsil edəcəyinə inandığını bildirdi və bu yolda ona dəstək olduğunu vurğuladı.

Müşfiq Cəfərov çıxışında sakinlərə təşəkkürünü bildirdi, onların problem və təkliflərini çəkinmədən bildirmələrini söylədi və müvafiq qeydlər aparıldı. Təbliğat –təşviqat kampaniyası çərçivəsində müraciət olunan problemlərin bir çoxu artıq baxılma prosesində olduğunu və yaxın günlərdə həll olunacağını bildirdi.



aia.az







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024