Mobil versiya
Azərbaycan kredit faizlərinə görə "Ginnesin rekordlar kitabı"na düşə bilər
Tarix: 17-02-2016 | Saat: 12:50
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər




"Mərkəzi Bankın uçot dərəcəsini artmasından sonra kreditlərin bahalaşacağı ilə bağlı məlumatlarla tanış oldum. Maraqlıdır, bizdə nə zaman ucuz kredit olub ki, indi də bahalaşa? Uçot stavkası 3 faiz olanda kredit faizləri 29 faizədək yüksəlirdi. Bu regionda ən yüksək kredit faizləridir".

Aia.az-in məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov söyləyib. Mütəxəssis hesab edir ki, kredit faizləri 6-7 faiz olsaydı, stavkanın 3 faizdən 5 faizə artırılması bankların kredit faizlərinə yenidən baxmağa məcbur edə bilərdi:

"Uçot stavkası artıq kredit faizlərinə təsir imkanlarını çoxdan itirib. Digər tərəfdən, mərkəzləşdirilmiş kreditlər payı kredit portfelində marjinal olduğundan bu addım heç psixoloji təsirə də malik deyil. Uçot stavkası ilə kredit faizləri arasında 10 dəfə fərq var idi, indi 6 dəfədir və əminəm ki, bu göstəricəyə görə, bizim banklar alternativsiz "Ginnesin rekordlar kitabı"na daxil ola bilərlər. Əhalinin nəinki büdcəsinə, hətta şəxsi cibinə girən əksər banklar kredit faizlərini o qədər yüksək müəyyənləşdiriblər ki, uçot stavkası bu sürətlə də onlara çətin çata".

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyəti 15 fevral 2016-cı il tarixindən uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024