Mobil versiya
Karantinə alınmış gəmidə daha 60 nəfər koronavirusa yoluxdu
Tarix: 10-02-2020 | Saat: 10:58
Bölmə:Dünya | çapa göndər

Karantinə alınmış gəmidə daha 60 nəfər koronavirusa yoluxdu


Yaponiyanın Yokohama şəhəri yaxınlığında karantində saxlanılan "Diamond Princess” kruiz gəmisində koronavirusa yoluxanların sayı daha 60 nəfər artaraq 130-a çatıb.

Bu barədə Yaponiyanın "Kiodo” agentliyi xəbər yayıb.

Ötən gün isə 70 nəfərin yoluxduğu bildirilmişdi.
Xatırladaq ki, fevralın 5-də sərnişinlərdən birində virus aşkarlandıqdan sonra "Diamond Princess” Yaponiya sahillərində lövbər atıb. Ümumilikdə, gəmidə 50 ölkədən olan 3700 nəfərdən artıq sərnişin var. Karantin əvvəlcə fevralın 19-na kimi təyin olunmuşdu, lakin təcrid müddəti uzadıla da bilər.

Son məlumatlara görə, yeni növ koronavirus Çinin Uhan əyalətində artıq 871 nəfərin həyatına son qoyub, xəstəliyə yoluxanların sayı isə 29 631-ə çatıb. Ümumi olaraq 1 795 insan virusdan sağalıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024