Mobil versiya
Ehsan Zahidov: Namizədlərin polisə çağırılması ilə bağlı yayılan məlumat yalandır
Tarix: 07-02-2020 | Saat: 17:29
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ehsan Zahidov:


Daxili İşlər Nazirliyi bəzi namizədlərin polisə çağırılması ilə bağlı yayılan məlumata münasibət bildirib. Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Trend-ə açıqlamasında bildirib ki, son günlər bir sıra kütləvi informasiya vasitələrində parlament seçkilərinə qatılan bəzi namizədlərin polis orqanlarına çağırılması barədə məlumatlar yayılır: "Bununla əlaqədar bildirirəm ki, həmin iddiaların heç bir əsası yoxdur və bu dezinformasiyadır. Polis, seçkiqabağı təşviqat prosesinin gedişinə müdaxilə etmir və qanunla da polisin siyasi fəaliyyətə müdaxiləsi qadağandır. Lakin ijtimai qaydanı qorumaq, ijtimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifəsidir. Daha bir vəzifəsi - kütləvi tədbirlər zamanı asayişin mühafizəsini həyata keçirməkdir.

Ona görə də seçkiqabağı təşviqat prosesində ijtimai qaydanı pozan hərəkətlərin qarşısı polis tərəfindən alınır və bu jür hallar üzrə araşdırma aparılır. Yalnız qeyd etdiyim əməllərlə əlaqədar, eləjə də namizədin seçijilərlə görüşünə mane olma, təşviqat-nəşr materiallarını qəsdən məhv etmə kimi hüquqpozma törətmiş şəxs polisə dəvət edilir, onunla profilaktik söhbətlər aparılır və ya məsələ qanunverijiliyə uyğun olaraq rəsmiləşdirilir, o jümlədən protokol tərtib edilir yaxud araşdırmaların nətijələri üzrə digər qərarlar qəbul olunur.
Əgər qanun pozuntuları ilə bağlı polisin səlahiyyətlərinə aid olan məlumat deputatlığa namizəd tərəfindən daxil olubsa, bu halda da araşdırma aparılaraq lazımi tədbirlər görülür və təşəbbüskar məlumatlandırılır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024