Mobil versiya
BŞBPİ Rəhim Qazıyevin qızının avtomobilinə ziyan vurulması faktını araşdırdı
Tarix: 07-02-2020 | Saat: 16:16
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

BŞBPİ Rəhim Qazıyevin qızının avtomobilinə ziyan vurulması faktını araşdırdı


Bakı şəhər Baş Polis İdarəsi sabiq müdafiə naziri Rəhim Qazıyevin övladının avtomobilinə ziyan vurulması ilə bağlı məlumatı araşdırıb. Bakı şəhər BPİ Mətbuat Xidmətindən aia.az-a verilən məlumatda bildirilir ki, avtomobilin şinlərinin kəsilməsi ailə münaqişəsi zəminində baş verib: "Sosial şəbəkələrdə polisin faktla bağlı tədbirsizliyi ilə bağlı yayılan məlumatlar əsassızdır. Yasamal rayonunda Ş.Əzizova və A.Qazıyevanın birgə idarə etdikləri avtomobilin şinlərinin kəsilməsi ilə bağlı fevralın 1-də 102 Xidməti Zəng Mərkəzinə müraciət daxil olub. Həmin müraciət üzrə Yasamal RPİ 28-ci Polis Bölməsində aparılan araşdırma zamanı izahatı alınan Ramil Əzizov keçmiş yoldaşı Ş.Qazıyeva ilə boşandıqdan sonra iki azyaşlı övladını ona göstərmədiyi üçün avtomobilin şinlərini dəmir parçası ilə kəsdiyini bildirib. Yasamal RPİ 28-ci Polis Bölməsində faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024