Mobil versiya
Karantində olan gəmidə 61 nəfər koronavirusa yoluxdu
Tarix: 07-02-2020 | Saat: 12:01
Bölmə:Dünya | çapa göndər

Karantində olan gəmidə 61 nəfər koronavirusa yoluxdu


Yaponiyanın Yokohama limanında karantində olan “Diamond Express” kruiz gəmisində koronavirusa yoluxanların sayı bir gündə 40-dan çox artaraq 61 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, virus şübhəsi ilə 273 nəfər müayinə olunub.

Məlumata görə, virus aşkar edilənlərdən 21 nəfəri Yaponiya vətəndaşıdır. Ölkənin Səhiyyə Nazirliyi “Diamond Princess”də virusla bağlı testlərin davam edəcəyini bəyan edib.

Yeni yoluxmuş xəstələr Tokio və ölkənin digər şəhərlərindəki xəstəxanalara göndəriləcək. Koronavirus infeksiyasına görə kabinələrdə saxlanılan və təmiz hava almaq üçün göyərtəyə çıxmağa icazə verilməyən təxminən 3700 sərnişin və heyət üzvlərinin halı kəskin pisləşib.

Gəmidə, həmçinin 24 rus, 26 ukraynalı və 10 alman var. Onların arasında virusa yoluxanların olmadığı deyilir.

Qeyd edək ki, fevralın 3-dən başlayaraq “Diamond Princess” gəmisi Yokohama limanında karantinə alınıb, burada Honkonqdan qayıdan və koronavirus diaqnozu qoyulmuş bir kişi aşkarlanıb. Virus qısa müddətdə digər şəxslərə də yoxulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024