Mobil versiya
“Kristal” MMC-nin iki binanı tələsik sökmə qərarı sakinlərini narazı saldı
Tarix: 16-02-2016 | Saat: 16:19
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər



Bu gün Yasamal rayon, M.A Əliyev küçəsi 150 və 152 saylı binaların sakinlərinə rayon icra hakimiyyətindən mənzilləri təcili boşaltmaq xəbəradlığı edilib. Xəbərdarlıqda bildirilib ki, binalar son dərəcə qəzalı olduğundan sakinlərin köçürülməsinə və binaların sökülməsinə zərurət yaranıb. Ödəniləcək kompensasiyaya görə isə, 42 saylı MİS-ə müraciət etmək tövsiyyə olunub.
Xəbərdarlıq blankında sakinlərin harada məskunlaşması, konpensasiyanın neçə ödənilməsi ilə bağlı heç bilgi verilməyib.
Aia.az-ın əldə etdiyi məlumata görə, söküntü işlərini həyata keçirən və kompensasiyanı ödəməli olan tikinti şirkəti “Kristal” MMC-dir.
Bina sakinlərinin Verilən məlumata görə, gözlənilmədən belə bir qərarın verilməsi və bir həftəyə mənzillərin boşaldılması olduqca cətin prosesdir. Üstəlik kompensasiyanın verilməsində də qeyri müəyyənlik var. Bu səbəbdən də sakinlərin əksəriyyəti tələsik mənzillərindən çıxmaq niyyətində deyillər.
Amma bina sakinlərinə qəti olaraq bildirilib ki, sakinlər binaları tərk etməsə, işıq, su və qaz xəttləri kəsiləcək. Bu səbəbdən də hazırda bina sakinləri ilə şirkət rəhbərliyi arasında gərginlik yaranıb…
Bizimxeber.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024