Mobil versiya
Bakı polisi bir gündə 26 cinayətin üstünü açdı
Tarix: 07-02-2020 | Saat: 11:55
Bölmə:Cəmiyyət | çapa göndər

Bakı polisi bir gündə 26 cinayətin üstünü açdı


Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da 26 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən aia.az-a verilən məlumata görə, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 11 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 4, oğurluq üzrə 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024