Mobil versiya
Elman Nəsirov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR
Tarix: 23-01-2020 | Saat: 10:00
Bölmə:Siyasət | çapa göndər

Elman Nəsirov seçicilərlə görüşlərini davam etdirir


Yeni Azərbaycan Partiyasının 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə deputatlığa namizədi Elman Nəsirov yanvarın 22-də seçki kampaniyası çərçivəsində Qarazəncir, Ocaqlı və Sabirabad kəndlərinin seçiciləri ilə görüşüb.

E.Nəsirov görüşdə Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi dərin, sistemli və ardıcıl islahatlar kursu, onun əsas istiqamətləri və reallaşdırılma mexanizmləri haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Elə bu səbəbdən də ölkəmizdə səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyi hökm sürür. Xalq birmənalı olaraq Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasətini müdafiə edir. Dövlət başçısı da yalnız milli maraqlara söykənən müstəqil siyasət həyata keçirir.

Sonra seçicilər Yeni Azərbaycan Partiyasının namizədi və onun səsləndirdiyi fikilrər haqqında mövqelərini bildirib.

Deputatlığa namizəd həmçinin seçicilərin qayğıları ilə maraqlanıb.

aia.az










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024