Mobil versiya
Dəmir Yolunda yanacaq oğurluğu tüğyan edir: RƏİS İSƏ "TƏZİM" İSTƏYİR
Tarix: 16-02-2016 | Saat: 15:59
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Dəmir Yolunda yanacaq oğurluğu tüğyan edir: RƏİS İSƏ "TƏZİM" İSTƏYİR

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Hacıqabul rayon bölməsinin rəisi Səfail müəllim oğurluq işini ört-basdır edib

Hacıqabul Dəmir Yolu Stansiyasında bəzi neqativ hallar müşahidə olunmaqdadır. Daha doğrusu, problem stansiyanın rəhbərliyində deyil, dəmir yollarını mühafizə edən Polis Bölməsinin fəaliyyətinədir.

Aia.az xəbər verir ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Hacıqabul Bölməsinin rəisi Səfail müəllimin başı şəxsi biznesinə qarışdığından, təhlükəsizlik məsələləri tamamilə yaddan çıxıb. Elə bu səbəbdəndir ki, Hacıqabul Stansiyasında oğurluq halları geniş vüsət alıb. Lakin onun qarşısını almaq üçün hər hansı bir əsaslı tədbir görülmür.

Verilən məlumata görə, son belə oğurluq olayı fevralın 11-də qeydə alınıb. Həmin vaxt 3 nəfərdən ibarət dəstə stansiyadan 60 litr yanacaq oğurlayarkən yaxalanıblar. Həmin şəxslərlə bağlı tədbir görülmək əvəzinə, bölmə rəisinin yanına aparılıb. Və orada uzun çək-çevirdən sonra anlaşma əldə olunub. Həmin anlaşmaya əsasən oğrular rəisi 4500 dəfə «təzim» etməli olublar və məsələ də bununla bitib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024