Mobil versiya
Oğuzun tibb işçilərinin seçimi Aqiyə Naxçıvanlıdır! - FOTOLAR
Tarix: 05-02-2020 | Saat: 17:58
Bölmə:Siyasət | çapa göndər

Oğuzun tibb işçilərinin seçimi Aqiyə Naxçıvanlıdır!




Fevralın 5- də 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunun tibb işçiləri ilə görüşdü.

YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Aqiyə Naxçıvanlının ictimai həyatdakı fəaıiyyətindən və onun partiyaya sədaqətindən danışdı. Deputatlığa namizədin vəkili Emin Əzimli Aqiyə xanımın Oğuzdakı, o cümlədən respublikadakı nüfuzundan söz açaraq, rayon üçün gördüyü işlərdən bəhs edərək qeyd etdi ki, həyatda iki müqəddəs peşə vardır- onun biri müəllimlik, digəri həkimlikdir. Aqiyə xanım da bu mərtəbəyə müəlliklikdən yüksəlib və bu gün də şərəfli peşə sahibləri olan tibb işçiləri ilə görüşə gəlib.

Çıxış edənlər Xaqani Hüseyni, Çinarə Əliyeva, Şəlalə Tahirova, Lalə Həsənova, Gülzar İbrahimova və başqaları deputata namizəd Aqiyə Naxçıvanlını salamlayıb, onun əvvəlki deputatlığı dövründə rayona gələrkən keçirdiyi görüşlərdən və müraciətlərini diqqətdə saxlamasindan razılıq etdilər. Ona fəaliyyətində uğurlar arzulayaraq qeyd etdilər ki, Oğuzun tibb işçilərinin seçimi Aqiyə Naxçıvanlıdır.

Aqiyə Naxçıvanlı seçiciləri salamladı və gərgin iş saatından sonra görüşə gəldikləri üçün minnətdarlığını bildirdi. Çıxışına namizədliyini irəli sürmüş Yeni Azərbaycan Partiyasının üzvü olmağından qürur duyduğunu bildirərək, partiyanın seçki platforması haqqında məlumatla başladı. O, dövlət başçısının respublikada apardığı islahatlardan, ölkənin səhiyyə sahəsinə ayırdığı diqqətdən, səhiyyəmizin inkişafından söz açdı. Qeyd etdi ki, artıq ölkəmizdə icbari tibbi sığorta mərhələli şəkildə tətbiq olunmağa başlanıb ki, bu da tibbi xidmətlərin keyfiyyətinə nəzarət edilməsinə, həkimlərin məsuliyyətinin artırılmasına, vətəndaşların səhiyyə xidmətlərin təmin edilməsinə şərait yaradır. Çətin və şərəfli peşə nümayəndələrinə bu yolda uğurlar arzulayan Aqiyə Naxçıvanlı onları fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində daha güclü Azərbaycan naminə fəal olmağa çağırdı.

aia.az












Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024