Mobil versiya
25 yaşlı aktrisa: "Belə kişilərə dözə bilmərəm..." - FOTO
Tarix: 16-02-2016, 15:35 | Saat: 15:47:00
Bölmə:Dünya / Manşet2 / Karusel | çapa göndər

25 yaşlı aktrisa: "Belə kişilərə dözə bilmərəm..." - FOTO


Aktrisa Yağmur Tanrısevsin "Hürriyet"ə müsahibə verərək maraqlı açıqlamalar edib.

Aia.az axşam.az-a istinadən bildirir ki, ailəsindən ayrılaraq İstanbula gələn 25 yaşlı aktrisa gördüyü işin mükəmməl olmasını hər zaman əsas tutur. Yağmur ilk dəfə "Adını Feriha koydum"da, daha sonra "Güneşi Beklerken", "Kaçak" və "Bana Baba Dedi" seriallarında fərqli obrazlar canlandırıb.

"Mayıs Kraliçesi"ndəki Nehir obrazı isə onun üçün ən önəmli roldur:

"Nehir kimi bacarıqlı və zirəyəm. Güclüyəm, inadcılam, işgüzaram... Nehirin həyatla mübarizəsi çox xoşuma gəldi, onu özümə örnək götürdüm. Qaynaqçılığı bu rol üçün öyrənmişəm. Karyeram və həyatım boyunca heç "kaş ki" dediyim peşmanlıqlarım yoxdur. Mən səhvlərimi təcrübəyə çevirə bildiyimə inanıram".

Aktyor və müğənni Oğuzhan Koçla sevgili olan Tanrısevsin kişilər haqda fikirlərini bölüşüb:

"Güvənmək problemim var. Münasibətlərdə rəsmi və məsafəli qalmağı sevirəm. Yalan danışan kişilərə dözə bilmərəm. Kişinin ağlı məni cəlb edir. Həm də güclü olması şərtdir. Fiziki mənada yox, həyata qarşı duruşundan söz açıram. Hazırda xoşbəxt davam edən münasibətim var. Evlilik gələcək planlarıma daxildir. Evlənəcəyim kişi əvvəla yaxşı dost olmalıdır. Əsas bir-birini başa düşmək və həyatlarına pozitivlik, sevinc qata bilməkdir. Yoxsa bəzən sevgi kifayət etməyə bilər və bitər".



5548 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
29-05-2016, 12:42 Smartfon "toppuşları"



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}