Mobil versiya
Müharibə Veterani Prezident-dən Kömək istəyir-2-ci Məktub -Yeni
Tarix: 08-07-2015 | Saat: 13:49
Bölmə:Gündəm / Karusel | çapa göndər

Müharibə Veterani Prezident-dən Kömək istəyir-2-ci Məktub

H.Əliyev adına BDÖZ-da oynanılmış qanunsuz oyunla əlaqədar olaraq, mənim sizin redaksiyaya 07.07.2015-ci il tarixində yazdığım şikayət məktubunun davamı olaraq, nəzərinizə çatdırıram ki, H.Əliyev adına BDÖZ-un rəhbərliyinin tələb etdiyi tarixi göstərilməyən ərizələri yazmaqdan imtina etdiyim üçün 30.11.2012-cil tarixində kadrlar şöbəsinin rəisi Cavanşir Əliyev məni yanına çağırıb, vəzifəsindən sui-istifadə edərək, məndən yaşca kiçik olmasına baxmayaraq məni təhqir etmiş, “işçilər arasında təxribat aparırsan” deyib, üstümə şər ataraq işdən çıxarmaqla hədə-qorxu gəlmişdir.

Bundan 4-5 gün sonra məni h/t sədri Səfər Səfərov çağırdı. O isə öz növbəsində mənə “ərizələri yazmasan üzünə adam dayandıracaqlar” dedi. Zavodun direktoru (yəni işəgötürən) bu işlə bir dəfə də olsun maraqlanmadı. Ancaq bu işlə kadrlar şöbəsinin rəisi Cavanşir Əliyev, hüquqşunas Zülfiqar Əsgərov və h/t sədri Səfər Səfərov məşğul olurdular. Adları çəkilən şəxslər mənim iradəmi qıra bilmədikləri üçün mənə işlədiyim sexdə iş vermədilər və direktorun heç bir əmri, sərəncamı olmadan məni 11-ci sexdən 6-cı sexə keçirmək istədilər. Mən onlardan əmrin surətini tələb etdim, rəhbərlik isə mənə əmrin surətini vermək istəmədi və vermədi. 13.12.2012-cil il tarixində mənə məcburi qaydada bildiriş təqdim etdilər ki, iki aydan sonra işdən çıxarılacaqsan.

13.12.2012-ci il tarixindən 13.02.2013-cü il tarixinə qədər adi qaydada, əvvəl işlədiyim kimi bu iki ay ərzində də mən işləməli idim. Ancaq məni işlə təmin etmək əvəzinə məni iş yerimdən qovalamağa başladılar. İki ay məni qışın soyuğunda 8-9 saat çöldə saxladılar. Beş dəqiqə qızınmaq üçün haradasa keçib oturmağa belə imkan vermədilər.

Hörmətli Redaksiya! Nəhayət, 13.02.2013-cü il tarixində ştatın ixtisarı ( ƏM-in 70-ci maddəsinin “b” bəndi ) adı ilə işdən çıxarıldım. Qanunsuz işdən çıxarıldığım və bununla da mənə vurulan mənəvi zərərə görə mən 2013-cü ilin mart ayında Qaradağ Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə mənim verdiyim izahatları axıra qədər dinləyəndən sonra mənim işə bərpa olunmağım barədə qətnamə qəbul etdi. Qətnamə: iddia tələbləri qismən təmin edilsin; Şükürov Elşad Murtuza oğlu H.Əliyev adına BDÖZ-na əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsinə bərpa edilsin; iddia tələbləri qalan hissədə bərpa edilməsin. Qətnamədən göründüyü kimi bizim ədalət mühakiməsini həyata keçirən məhkəmələrimiz “mənəvi zərər” anlayışına əhəmiyyət belə vermirlər.

22.07.2013-cü il tarixində H.Əliyev adına BDÖZ-un rəhbərliyi Qaradağ Rayon Məhkəməsinin qəbul etdiyi qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verdilər. Deməli, haqsızlıq ədalətsizlik bizim haqq-ədalət axtardığımız məhkəmənin özündə imiş.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə