Mobil versiya
Tural Gəncəliyev: “Artsax xalqı” deyilən anlayış yoxdur, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır
Tarix: 04-02-2020 | Saat: 10:42
Bölmə:Siyasət | çapa göndər

Tural Gəncəliyev:


Bu günlərdə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında danışıqlar baş tutdu. Görüşdən dərhal sonra Ermənistan XİN-in sözçüsü Anna Nağdalyan sülh prosesinə “Artsax xalqının seçilmiş nümayəndələrinin” cəlb edilə biləcəyi kimi təxribat xarakterli fikir səsləndirməklə, danışıqlara kölgə salmağa cəhd etdi.

Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyevin Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasına dair şərhində deyilir.

T.Gəncəliyev təəssüf hissi ilə qeyd edib ki, Ermənistan tərəfi aparılan danışıqların həssas məqamlarında bu cür təxribatçı metodlardan istifadə edərək münaqişənin sülh yolu ilə tənzimlənməsinə həmişə əngəllər yaradır. “Artsax xalqı” deyilən anlayış yoxdur, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan xalqının tərkib hissəsidir və Azərbaycan vətəndaşlarıdır:

"Heç bir əsası olmayan “Artsax xalqı” anlayışına dəfələrlə aydınlıq gətirilsə də, Ermənistan hər dəfə bu məsələni gündəmə gətirməklə özünün qeyri-konstruktiv mövqeyini ortaya qoymuş olur və dünya ictimaiyyəti tərəfindən qınaq obyektinə çevrilməkdən də çəkinmir.

Ermənistanın hakim dairələrinə bu məsələdə ən tutarlı cavabı ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Soçi şəhərində “Valday” beynəlxalq klubunun sessiyasında verdi və bəyan etdi ki, “Dağlıq Qarabağ xalqı” məfhumu yoxdur, Dağlıq Qarabağın əhalisi var". Dağlıq Qarabağ əhalisinin bərabərhüquqlu azərbaycanlı və erməni icmalarından ibarət olmasına dair mövqenin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin keçən il verdikləri bəyanatlarında və Rusiya xarici işlər naziri Serqey Lavrovun Bakıya son səfəri zamanı etdiyi açıqlamasında təkrarlandığının şahidi olduq. Bu məsələ 1992-ci ilin 24 mart tarixli ATƏT (o vaxtkı ATƏM) Helsinki Nazirlər Şurasının sənədində də təsbit olunub.

Ermənistanın rəsmi dairələrinin əsassız bəyanatları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgə yaşayışının qarşısını ala bilməyəcək. Biz öz torpaqlarımıza geri dönəcəyik, pozulmuş hüquqlarımızı və dağıdılmış mülklərimizi bərpa edəcəyik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024