Mobil versiya
Biləsuvarda kütləvi zəhərlənmə: Bir ailənin dörd üzvü təcili Bakıya gətirildi
Tarix: 03-02-2020 | Saat: 11:02
Bölmə:Karusel / Ölkə | çapa göndər

Biləsuvarda kütləvi zəhərlənmə:


Biləsuvar rayonunda bir ailədə kütləvi zəhərlənmə olub.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.

Kənd sakini, 1958-ci il təvəllüdlü Əhmədov Adil Ələsgər oğlu, onun həyat yoldaşı Xasıyeva Mərifət Cahanşah qızı, onların övladları 1991-ci il təvəllüdlü Əhmədov Amil Adil oğlu və 1997-ci il təvəllüdlü Əhmədova Sevanə Adil qızı qida zəhərlənməsi diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.


Ailə üzvlərinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib. Lakin vəziyyətləri ağır olan ailəni həkimlər həmin gün Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzə göndəriblər.

İlkin məlumata görə, ailə üzvləri evdə özlərinin hazırladıqları pomidor turşusundan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024