Mobil versiya
Nazirlərin 11 saat davam edən Cenevrə DANIŞIQLARI - “Konkret sənəd müzakirə olunur”
Tarix: 01-02-2020 | Saat: 16:11
Bölmə:Siyasət | çapa göndər

Nazirlərin 11 saat davam edən Cenevrə DANIŞIQLARI -


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin İsveçrənin Cenevrə şəhərində 29-30 yanvar aylarında davam edən danışıqlarına Ermənistan müxalifətindən reaksiya gəlib.



Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, eks-prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyasının sədv müavini Armen Aşotyan Məmmədyarov-Mnatsakanyan danışıqlarında konkret təkliflərin müzakirə olunduğunu əlavə edib.



“Cenevrə görüşü Qarabağ ətrafında gedən intensiv danışıqların bir hissəsidir. Bu barədə Ermənistan hakimiyyəti susmağa üstünlük verir. Danışıqlar prosesinin bərpası deyil, konkret şərtləri müzakirə olunur. Hətta, onu da deyə bilərəm ki, danışıqlar masasında konkret sənəd ətrafında müzakirə aparılır.” –deyə 2018-ci ilə qədər Ermənistan parlamentinin deputatı keçmiş təhsil naziri olan Aşotyan deyib.



Xatırladaq ki, Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan Cenevrədə 11 saat danışıqlar aparıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024